Türkiyə millisinin sabiq üzvü 31 yaşında karyerasını bitirdi
Türkiyə millisinin və “Beşiktaş”ın sabiq futbolçusu Oğuzhan Özyakub karyerasını sonlandırıb.
Komanda.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi özü bu qərarını açıqlayıb.
Oğuzhan son olaraq Niderlandın “Fortuna” klubunun şərəfini qoruyub. 2012-2022-ci illər aralığında “Beşiktaş”da çıxış edən Özyakub bu müddət ərzində üç dəfə Türkiyə çempionatının, bir dəfə ölkə kubokunun, bir dəfə isə superkubokun qalibi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin