Türkiyə millisinin sabiq üzvü 1-ci liqa klubunda
Türkiyə millisinin sabiq hücumçusu Mevlüt Erdinçin yeni iş yeri müəyyənləşib.
Komanda.az xəbər verir ki, 34 yaşlı forvard bundan sonra karyerasını TFF 1-ci liqa təmsilçisi “Ümraniyəspor”da davam etdirəcək.
Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. Tərəflər mövsümün sonuna kimi anlaşıblar.
Xatırladaq ki, ötən mövsümü “Fatih Karagümrük”də keçirən, Mevlüt Erdinç bu mövsümə 1-ci Liqa təmsilçisi “Kocaelispor”da başlamışdı. Lakin o, bir müddət sonra sözügedən klubla müqaviləsinə xitam vermişdi. Türkiyə millisində 35 oyuna 8 qol vurmuş Edrinç, karyerası ərzində “Soşo”, PSJ, “Renn”, “Sent Etyen”, “Hannover”, “Genqam”, “Mets”, “Başakşəhər”, “Antalyaspor” və “Fənərbaxça”da da oynayıb.
Yeri gəlmişkən, “Ümraniyəspor” “Fənərbaxça”nın yarımmüdafiəçisi Fatih Yiğit Şanlıtürkü də transfer edib. 19 yaşlı futbolçu ilə uzunmüddətli müqavilə imzalanıb.
Bizi Facebook-da izləyin