Türkiyə millisinin hücumçusu “Qalatasaray”da

“Qalatasaray” növbəti transferini rəsmiləşdirib.

Komanda.az xəbər verir ki, Türkiyə çempionu “Brentford”dan Halil Dervişoğlunu transfer edib.

23 yaşlı futbolçunun transferi üçün İngiltərə klubuna 500 min avro ödənilib. Hücumçu ilə 4 illik müqavilə imzalanıb. Futbolçu köhnə-yeni komandasında 21 nömrəli formanı geyinəcək.

Rotterdam “Sparta”sının yetirməsi olan Halil 2020-ci ildə “Brentford”a transfer olunsa da, bu komandada möhkəmlənə bilməyib. O, Premyer Liqa klubunda heyətə düşə bilmədiyi üçün “Tvente” və “Börnli”də, eləcə də iki dəfə “Qalatasaray”da icarədə oynamaq məcburiyyətində qalıb. Halil həm də Türkiyə milli komandasının üzvüdür. O, yığmada 15 oyuna 6 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button