Türkiyə millisinin heyətində dəyişiklik edilib
Türkiyə milli komandasının heyətində dəyişiklik edilib.
Komanda.az xəbər verir ki, UEFA Millətlər Liqasının 5-ci turunun Uelslə matçında (0:0) sarı vərəqə görərək cəzalı duruma düşən Abdulkərim Bardakçı yığmanın düşərgəsini tərk edib. Bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
U-21 millisindən “Trabzonspor”un futbolçusu Cihan Çanak əsas yığmaya cəlb olunub.
Türkiyə millisi UEFA Millətlər Liqasının 6-cı turunda səfərdə Monteneqronun qonağı olacaq. Oyun 19 noyabr tarixində baş tutacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin