Türkiyə millisində baş məşqçi istefası

21 yaşadək futbolçulardan ibarət Türkiyə millisinin baş məşqçisi Gökhan Gönül ayrılıq qərarı verib.

Komanda.az xəbər verir ki, 40 yaşlı mütəxəssis öz istəyi ilə istefa verib. Bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) mətbuat xidməti məlumat yayıb.

Türkiyəli məşqçinin karyerasında yeni səhifə açmaq istədiyi üçün millidən ayrıldığı qeyd olunub.

Gökhan Gönül 2024-cü ilin sentyabrında Türkiyə U-21 yığmasının baş məşqçisi vəzifəsinə təyin olunmuşdu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button