Türkiyə millisindən qayıdan futbolçuda koronavirus aşkarlandı
Türkiyə çempionu “Başakşəhər”in kollektivi bu gün koronavirus testindən keçirilib.
Komanda.az xəbər verir ki, testlər nəticəsində bir futbolçuda koronavirus aşkarlanıb.
Bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb. Xəbərdə Türkiyə millisindən dönən futbolçulardan birinin COVİD-19 testinin pozitiv çıxdığı diqqətə çatdırılıb. Amma həmin oyunçunun adı açıqlanmayıb.
Qeyd edək ki, Türkiyə millisinin son toplanışına “Başakşəhər”dən dörd yarımmüdafiəçi – Berkay Özcan, Deniz Türüç, İrfan Can Kahveci və Mahmut Tekdemir dəvət edilmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin