Türkiyə millisində ciddi itki
İngiltərənin “Everton” klubunun futbolçusu Cenk Tosun Türkiyə milli komandasının heyətindən kənarlaşdırılıb.
Komanda.az xəbər verir ki, buna 28 yaşlı hücumçunun zədədən əziyyət çəkməsi səbəb olub.
O, Yunanıstanı 2:1 hesabı ilə məğlub etdikləri yoxlama oyununda sıradan çıxıb.
Bu üzdən də Tosun, AÇ-2020-nin seçmə mərhələsində iyunun 8-də evdə Fransa, 11-də isə səfərdə İslandiya ilə matçda iştirak etməyəcək. Türkiyə yığması sabah Özbəkistanla da yoxlama matçı keçirəcək.
Qeyd edək ki, AÇ-nin seçmə mərhələsi çərçivəsində H qrupunda mübarizə aparan Türkiyə iki oyundan sonra 6 xal toplayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin