Türkiyə millisi Bakıdakı dünya çempionatına heç-heçə ilə başladı

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında daha bir oyun keçirilib.

Komanda.az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan günün ikinci matçında Türkiyə və Macarıstan komandaları üz-üzə gəlib. C qrupunun qarşılaşması heç-heçə yekunlaşıb – 1:1.

Bu gün daha altı qarşılaşma baş tutacaq. İlk matçda Fransa yığması Çadı minimal hesabla üstələyib – 1:0.

A qrupunda yer alan Azərbaycan millisi saat 20:30-da Bəhreyni sınağa çəkəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button