Türk futbolçu klubunu dəyişə bilər – Almaniyada
Türkiyə milli komandasının və “Şalke”nin müdafiəçisi Ozan Kabak karyerasına Almaniyada davam edə bilər.
Komanda.az xəbər verir ki, 21 yaşlı futbolçu ilə “Bayer” yaxından maraqlanır. Bu barədə Almaniya mətbuatı məlumat yayıb. Leverkuzen təmsilçisi Ozanı satınalma hüququ ilə birlikdə icarəyə götürmək istəyir.
“Şalke” ilə müqaviləsi 2024-cü ilin yayına qədər olan Ozan, ötən mövsümü icarə əsasında İngiltərə “Liverpul”unda keçirib.
“Şalke” yeni mövsümdə 2-ci Bundesliqada mübarizə aparacaq. Bu səbəbdən, Ozanın klubunu dəyişəcəyi gözlənilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin