
“Qalatasaray”ın futbolçusu əməliyyat edildi
Türkiyə milli komandasının və “Qalatasaray”ın futbolçusu Taylan Antalyalı əməliyyat olunub.
Komanda.az “sarı-qırmızılar”ın mətbuat xidmətinə istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi qasıq nahiyəsindənki yırtıqdan uğurlu əməliyyat keçirib.
AÇ-2020-də iştirak edən Türkiyə yığmasının heyətində yer alan Taylan qrupda heç bir oyuna çıxmayıb.
Türkiyə yığması AÇ-2020-nin A qrupunu 0 xalla sonuncu sırada bitirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin