Daha bir klub Ardaya “elçi düşdü”
Türkiyə milli komandasının sabiq üzvü Arda Turana daha bir klub “elçi düşüb”.
Komanda.az xəbər verir ki, Almaniyanın “Hannover” klubu 33 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq istəyir. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Almaniyanın 2-ci Bundesliqa təmsilçisinin yaxın zamanda Ardayla danışıqlara başlayacağı bildirilir.
Hazırda azad agent statusu daşıyan Arda Turanın adı “Qalatasaray”la da hallanır.
Arda Turan daha əvvəl – 2000-2011-ci illər aralığında “Qalatasaray”da çıxış edib. Yarımmüdafiəçi bundan başqa, İspaniyada “Atletiko”, “Barselona” və Türkiyədə “Başakşəhər”in formasını geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin