“Bəxtsizlik məni buraxmır” – Demiral
Türkiyə milli komandasının futbolçusu Merih Demiral DÇ-2022-nin seçmə mərhələsində Latviyaya qarşı keçirdikləri oyundan sonra fikirlərini bildirib.
Komanda.az xəbər verir ki, 2:1 hesabıyla qələbə qazandıqları oyunda avtoqol müəllifi olan Demiral, matçla bağlı bunları deyib:
“Hisslərimiz qarışıqdır. Çox mübarizə aparırıq. Hər kəs qələbə istəyirdi. Öz qapımıza qol vurdum. Bəxtsizlik məni buraxmır. Türkiyə xalqı oyunlarda milli adına necə mübarizə apardığımı görür. Bəxtsizlik yaşadım, sonra geridönüş edə və qələbə qazana bildik.
Meydanda situasiya fərqli idi. Hətta ağlayanlar da var idi. Birdən hər kəs bir-birini qucaqladı. Çox xoşbəxtik. İnşallah, bunun davamını gətirə bilərik”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin