
“Yoxlama oyunu olsa da, qələbə vacib idi” – Türkiyə millisinin üzvü
Türkiyə milli komandasının futbolçusu Kerem Aktürkoğlu yoxlama oyunu çərçivəsində Azərbaycana qarşı keçirdikləri matçı şərh edib.
Komanda.az xəbər verir ki, millidə debüt edən 22 yaşlı cinah oyunçusu, 2:1 hesabıyla qələbə qazandıqları matçla bağlı bunları deyib:
“Mənə görə həyəcanı yüksək olan bir oyun oldu. Azarkeşlər üçün də darıxmışdıq. Yoxlama oyunu olsa da, qələbə vacib idi. Mübarizəli və maraqlı oyun alındı”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin