“Hələ heç nə bitməyib” – Türkiyə millisinin hücumçusu
Türkiyə milli komandasının futbolçusu Kərəm Aktürkoğlu DÇ-2022-nin seçmə mərhələsində Norveçə qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, hücumçu, 1:1 hesabıyla bitən matçla bağlı bunları deyib:
“Oyuna yaxşı başladıq, erkən qol vurduq. Danışdığımız, planlaşdırdığımız hər şeyi etdik. Fasiləyə üstün yollana bilmədik.
İkinci hissədə özümüzə inanırdıq. Qələbə qazanmaq istəyirdik, amma alınmadı. Hələ heç nə bitməyib. Təbii ki, hər şey də bizim əlimizdə deyil”.
Türkiyə yığması yer aldığı G qrupunda 3-cü sıradadır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin