“Əlimdən gələni etdim” – Türkiyə millisinin baş məşqçisi
Türkiyə milli komandasının baş məşqçisi Ştefan Kunts DÇ-2022-nin seçmə mərhələsində Norveçə qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, alman mütəxəssis, 1:1 hesabıyla bitən matçla bağlı bunları deyib:
“Qələbə qazanmaq istədik, amma alınmadı. Oyundan əvvəl uşaqlara dedim ki, məni məmnun etmək istəyirsizsə, həm fiziki, həm də mənəvi hər şeyinizi meydanda qoyun.
Oyuna yaxşı başladıq, erkən qol vurduq. Planlaşdırdığımız hər şeyi etdik. Daha sonra oyuna nəzarəti itirdik və üstünlük Norveçdə oldu. Bizə çətin anlar yaşatdılar. Fasilədən sonra oyuna nəzarəti əlimizə aldıq, bir neçə qol imkanı yaratdıq. Lakin olmadı. Komandada hələ inamsızlıq var.
Mən əlimdən gələni etdim. Vacib olan qarşıdakı üç oyunda qələbə qazanmaqdır. Çünki seçmə mərhələdən keçmək istəyiriksə, əlimizə düşən şansdan maksimum istifadə etməliyik”.
Türkiyə yığması yer aldığı G qrupunda 3-cü sıradadır.
Bizi Facebook-da izləyin