Türkiyə mətbuatında Azərbaycan millisinin baş məşqçisini yada saldılar

Türkiyə mətbuatı “Beşiktaş”ın yeni baş məşqçisi Ole-Qunnar Sulşerin rəhbərliyi altında qazandığı qələbə seriyasından yazarkən, Azərbaycan milli komandasının çalışdırıcısı, əvvəllər “qara qartallar”ın “sükanı arxasında” olmuş Fernandu Santuşu də xatırlayıb. 

Komanda.az xəbər verir ki, “le-bois.com” portalı Azərbaycan millisinin baş məşqçisinin vaxtında “Beşiktaş”ın uğursuz olmasından yazıb:

“Beşiktaş”ın baş məşqçisi Ole-Qunnar Sulşer Slaven Biliçdən sonra İstanbul komandasına Super Liqada ardıcıl 4 qələbə qazandıran ilk əcnəbi mütəxəssis oldu. Buna komandanın digər əcnəbi məşqçiləri – Valerien İsmael, Fernandu Santuş və Covanni Van Bronkhorst nail ola bilməmişdi. İsmael və Bronkhorstun rəhbərliyi altında “Beşiktaş” ardıcıl cəmi üç qələbə seriyası yaşamışdı”.

Santuş 2024-cü il yanvarın 8-də “Beşiktaş”a baş məşqçi təyin edilmiş, aprelin sonunda isə komandadan ayrılmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button