
Türkiyə mətbuatı Renat Dadaşovdan yazdı
Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun yeni klubu “Radomyak”dakı çıxışı Türkiyə mətbuatının da diqqətini çəkib.
Komanda.az xəbər verir ki, türkiyəli həmkarlarımız Dadaşovun “Ankaragücü”ndən uzaqlaşdırılmasından sonra “Radomyak”da iki matçda iki qol vurmasını ön plana çıxarıb.
Qeyd olunur ki, Dadaşovun bu qolları komandasına dörd xal qazandırıb:
“Renat ilk olaraq “Vidzev”lə görüşün 80-ci dəqiqəsində meydana çıxdı və 90-cı dəqiqədə (1:1) matçda hesabı bərabərləşdirdi. “Krakoviya” ilə növbəti oyunda isə 54-cü dəqiqədə meydana buraxıldı. 90+1-ci (2:1) dəqiqədə isə komandasına qələbə qazandırdı. Onun Polşadakı performansı diqqət çəkir”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin