Türkiyə mətbuatı: “Qalatasaray” “Qarabağ”ın futbolçusunu istəyir
Türkiyənin “Qalatasaray” klubu Azərbaycan millisinin və “Qarabağ”ın futbolçusu Toral Bayramovu transfer etmək istəyir.
Komanda.az xəbər verir ki, bu barədə Türkiyənin “Doğan” xəbər agentliyi məlumat yayıb. 21 yaşlı sol cinah müdafiəçisi üçün İstanbul klubu futbolçunun meneceri ilə danışıqlara başlayıb.
Türkiyə Super Liqasından “Kayserispor” və 1-ci liqadan “Eyüpspor”un da Bayramovla maraqlandığı bildirilir.
Toral Bayramov ötən mövsüm 36 oyunda “Qarabağ”ın formasını geyinib. O, 1 qol və 5 məhsuldar ötürmə müəllifi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin