
Türkiyə kubokunun qalibi bəlli oldu
“Qalatasaray” Türkiyə kubokunun qalibi olub.
Komanda.az xəbər verir ki, Qaziantep Böyükşəhər stadionunda keçirilən final oyununda “Trabzonspor”la qarşılaşan İstanbul təmsilçisi 3:0 hesablı qələbəyə sevinib.
“Sarı-qırmızılar”ın qollarını Barış Alper (5) və Viktor Osimhen (46, 63) vurublar.
Nəticədə “Qalatasaray” tarixi ərzində rekord sayda – 19-cu dəfə Türkiyə kubokunun qalibi adını qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



