Türkiyə kubokunun formatı dəyişdirilib

Futbol üzrə Türkiyə kubokunun formatı dəyişdirilib.

Komanda.az Türkiyə Futbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yeni format 2024/2025 mövsümündən tətbiq olunacaq.

Təsnifat və final mərhələləri bir oyundan ibarət olacaq. Qrup mərhələsində 24 klub mübarizə aparacaq. Onlar hərəsində 6 komanda olmaqla 4 qrupda yer alacaqlar. İlk iki yeri tutanlar 1/4 finala yüksələcəklər.

Növbəti mövsüm ölkəni avrokuboklarda təmsil edəcək 5 komanda birbaşa qrupda yer alacaq. Digər 19 komanda isə seçmə mərhələlərdən sonra iştirak hüququ əldə edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button