Türkiyə kubokunun final matçı Bakıda keçirilməyəcək
Futbol üzrə Türkiyə kubokunda 2021/22 mövsümünün final matçının yeri və saatı müəyyənləşib.
Komanda.az xəbər verir ki, Türkiyə Futbol Federasiyası (TFF) həlledici qarşılaşmanın mayın 26-da İstanbuldakı Atatürk Olimpiya Stadionunda keçiriləcəyini açıqlayıb.
“Alanyaspor” ölkə kubokunun final matçının Bakıda keçirilməsi üçün yerli federasiyaya müraciət etmişdi. Amma TFF bu müraciətə mənfi cavab verərək, fərqli qərar qəbul edib. Qarşılaşmaya yerli vaxtla saat 20:45-də start veriləcək.
Türkiyə kubokunun yarımfinalında “Trabzonspor” “Kayserispor”la, “Alanyaspor” isə “Sivasspor”la qarşılaşacaq. Bu oyunların 19-21 aprel və 10-12 may tarixlərində keçirilməsi nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin