Türkiyə Kuboku: Meydan sahiblərinin günü

Futbol üzrə Türkiyə Kubokunda 1/8 final mərhələsinin ilk oyunları keçirilir.

Komanda.az xəbər verir ki, ilk oyun günündə 3 görüş keçirilməsi nəzərdə tutulsa da, onlardan biri güclü qar yağışı səbəbindən baş tutmayıb. Baş tutan oyunlara gəlincə, “Kayserispor” doğma meydanda “Akhisarspor”a uduzub. Altı qolun qeydə alındığı “Antalyaspor” – “Göztəpə” qarşılaşması isə heç-heçə başa çatıb.

İkinci oyun günündə 3 qarşılaşma keçirilib. “Yeni Malatyaspor” “Bodrumspor”la 5 qolluq matçdan çətin qələbə ilə ayrılıb. “Başakşəhər” “Hatayspor”u, “Trabzonspor” isə “Balıkəsirspor”u məğlub yola salıb.

Türkiyə Kuboku, 1/8 finalın ilk oyunları

15 yanvar

Kayserispor – Akhisarspor 1:2

Antalyaspor – Göztəpə 3:3

Boluspor – Qalatasaray matçı təxirə salınıb

16 yanvar

Yeni Malatyaspor – Bodrumspor 3:2
Başakşəhər – Hatayspor 1:0
Trabzonspor – Balıkəsirspor 2:1

17 yanvar

19:30. Alanyaspor – Kasımpaşa
21:30. Ümraniyəspor – Fənərbaxça

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button