Türkiyə klubunun Van Dayk “iştah”ı

“Liverpul”un müdafiəçisi Vircil van Dayk Türkiyənin “Qalatasaray” klubunun maraq dairəsindədir.

33 yaşlı niderlandlı futbolçunun “qırmızılar”la müqaviləsi cari mövsümün sonunda bitəcək. Hələ tərəflər əməkdaşlığı uzatmaq barədə razılaşa bilərlər, amma hazırda yeni müqavilə razılaşdırılmayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Qalatasaray”, Van Dayk gələn yay azad agentə çevrilərsə, onu öz sıralarına qatmaq istəyir.

Bu mövsüm Arne Slotun rəhbərlik etdiyi komandada 24 oyunda 2 qol vuran və 1 məhsuldar ötürmə edən Vircil van Daykın “transfermarkt” portalı tərəfindən qiyməti 28 milyon avro olaraq müəyyən edilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button