“Beşiktaş”ın prezidenti seçkilərdə namizəd olmayacaq

Türkiyənin “Beşiktaş” klubunun prezidenti Ahmet Nur Çebi növbəti seçkilərdə namizəd olmayacaq.

Komanda.az “Fotomaç”-a istinadən xəbər verir ki, 64 yaşlı funksioner bu barədə açıqlamasında bildirib.

O, tərəfdarların hüzura və yeni enerjiyə ehtiyacının olduğu üçün bu addımı atdığını söyləyib.

“Beşiktaş”da prezident seçkiləri noyabrın 26-da baş tutacaq. Ahmet Nur Çebi 2019-cu ildən bu vəzifədə çalışır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button