Türkiyə klubundan ayrılan hücumçu “Fiorentina”ya keçir

Edin Dzeko karyerasını İtaliyada davam etdirəcək.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bosniya və hersoqovinalı futbolçu bu axşam İtaliyaya gələcək və sabah “Fiorentina” ilə rəsmi müqavilə imzalayacaq.

Razılaşmaya əsasən, Dzeko bir illik müqavilə bağlayacaq, ancaq tərəflər istəsə, bu müddət daha bir mövsüm uzadıla bilər.

39 yaşlı forvard son mövsümü “Fənərbaxça”da keçirib. O, İstanbul təmsilçisinin heyətində 53 matçda iştirak edib, 21 qol vurub və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button