“Fənərbaxça”nın Çalhanoğluna təklifinin detalları məlum olub

“Fənərbaxça” “İnter”in yarımmüdafiəçisi Hakan Çalhanoğlunu transfer etmək istəyir.

Son günlər mediada yayılan məlumatlara görə, 31 yaşlı futbolçu İstanbul klubuna keçməkdə maraqlıdır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Fənərbaxça” türk oyunçuya illik 8 milyon avro maaş təklif etməyə hazırdır. Bu məbləğə bonuslar daxil deyil. Müqavilənin müddəti 3 il nəzərdə tutulur və əlavə olaraq bir illik avtomatik uzadılma şərti də daxil ediləcək.

Bununla belə, “İnter” Çalhanoğlu ilə yollarını ayırmağa tələsmir və onun üçün 25-30 milyon avro transfer haqqı tələb edir. Hazırda onu istəyən klublardan heç biri bu məbləği ödəməyə razılıq verməyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button