Türkiyə klubunun baş məşqçisi xəstəxanaya yerləşdirildi

Türkiyənin “Qaziantep” komandasının baş məşqçisi Marius Şumuditsa xəstəxanaya yerləşdirilib.

Komanda.az xəbər verir ki, bu barədə Superliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Klub rumıniyalı mütəxəssisin ötən həftə xəstələndiyini və Qaziantepə gələndən sonra səhhətinin yenidən pisləşdiyini bildirib.

Müayinələrdən sonra 52 yaşlı baş məşqçinin müalicəsini davam etdirməsinə qərar verilib. Hazırda onun durumunun yaxşılaşdığı vurğulanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button