Türkiyə klubunun baş məşqçisi koronavirusa yoluxdu
Türkiyənin “Samsunspor” klubunun baş məşqçisi Ertuğrul Sağlam koronavirusa yoluxub.
Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə TFF 1-ci liqa təmsilçisinin baş meneceri Mustafa Aztopalın da COVİD-19 testinin pozitiv çıxdığı diqqətə çatdırılıb.
Onlar karantinə alınıblar və müalicələrinə start verilib.
Xatırladaq ki, bir müddət öncə “Samsunspor”un prezidenti Yüksel Yıldırım, onun oğlu Jasper Yıldırım, vitse-prezident Mustafa Kamal Erkanatın da koronavirusa yoluxduğu açıqlanmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin