Mourinyo milli komandanın baş məşqçi postuna namizəddir

“Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyo iş yerini dəyişə bilər.

Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, 62 yaşlı mütəxəssislə Braziliya millisi maraqlanır.

Daha əvvəl Braziliya millisinin baş məşqçi postu üçün Karlo Ançelotti və Pep Qvardiolanın namizədliyinə baxıldığı da bildirilmişdi.

Mourinyo ötən yaydan Türkiyə klubunun baş məşqçisidir. Onun “Fənərbaxça” ilə müqaviləsinin müddəti 2026-cı ilin iyununun sonunda başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button