Türkiyə klubunun adı dəyişdirildi
Türkiyənin “Osmanlıspor” klubunun adı dəyişdirilib.
Komanda.az xəbər verir ki, sözügedən klub bundan sonra “Ankaraspor” adlandırılacaq.
Bu barədə Türkiyə Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Xəbərdə bildirilir ki, klub artıq yeni adını və loqosunu TFF-yə təqdim edib. Bu üzdən də sözügedən komanda yeni mövsümdən TFF 1-ci Liqada məhz “Ankaraspor” adı ilə mübarizə aparacaq.
Qeyd edək ki, Ankara təmsilçisi əvvəllər məhz “Ankaraspor” adı ilə mübarizə aparsa da, 2014-cü ildə adını və loqosunu dəyişərək “Osmanlıspor” adlandırılmışdı. Klub 1978-ci ildən fəaliyyətdədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin