Türkiyə klubundan baş məşqçisi ilə yeni müqavilə
Türkiyənin “Trabzonspor” klubu baş məşqçisi Ünal Karamanla yeni müqavilə imzalayıb.
Komanda.az xəbər verir ki, bu barədə Super Liqa klubunun rəsmi saytı məlumat yayıb.
53 yaşlı türkiyəli mütəxəssislə müqavilənin müddəti 2021-ci ilin iyununa kimi uzadılıb.
Ünal Karaman 2018-ci ilin may ayından Trabzon təmsilçisini çalışdırır. 2 illik yeni müqavilə bağlayan təcrübəli mütəxəssisin rəhbərliyi altında geridə qalan mövsümü 4-cü pillədə başa vuran “Trabzonspor”, Türkiyəni Avropa Liqasında təmsil etmək hüququ qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin