Türkiyə klubundan baş məşqçi ilə yeni müqavilə

Türkiyənin “Sivasspor” klubu baş məşqçi Rza Çalımbayla müqavilənin müddətini uzadıb.

Komanda.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

59 yaşlı mütəxəssis daha bir il bu komandanı çalışdırmağa davam edəcək. Tərəflərin sabah təşkil olunacaq tədbirdə rəsmi müqaviləyə imza atacaqları diqqətə çatdırılıb.

Çalımbay 2019-cu ilin iyunundan “Sivasspor”a rəhbərlik edir.

“Sivasspor” yeni mövsüm üçün ilk transferini də rəsmiləşdirib. Sözügedən klub “Göztəpə”nin sağ cinah müdafiəçisi Murat Palulini transfer edib. 27 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.

Super Liqa təmsilçisi öz oyunçularından Uğur Çiftçi ilə də yeni müqavilə bağlayıb. 30 yaşlı sol cinah müdafiəçisinin müqaviləsinin bitiminə hələ 1 il qalsa da, bu gün onunla 4 illik yeni sözləşmə imzalanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button