Türkiyə klubunda yeni baş məşqçi

“Alanyaspor”un yeni baş məşqçisinin adı açıqlanıb.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisini Joao Pereyra çalışdıracaq.

Bu barədə Türkiyə klubunun mətbuat xidməti məlumat yayıb.

Portuqaliyalı mütəxəssislə 2027-ci ilin yayına kimi müqavilə imzalanıb. O, bir neçə gün əvvəl istefaya göndərilən Sami Uğurlunu əvəzləyib.

Joao Pereyranın son iş yeri Lissabon “Sportinq”i olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button