Türkiyə klubunda yeni baş məşqçi
“Konyaspor” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Super Liqa təmsilçisini Fahrudin Omeroviç çalışdıracaq. Bosniya və Herseqovindan olan mütəxəssislə mövsümün sonuna qədər nəzərdə tutulan müqavilə imzalanıb.
Türkiyədə bir çox klubda köməkçi məşqçi kimi fəaliyyət göstərən Omeroviç 2018-ci ildən “Konyaspor”da da bu vəzifədə çalışırdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin