Türkiyə klubunda yeni baş məşqçi

Türkiyənin “Alanyaspor” klubunun yeni baş məşqçisi bəlli olub.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisini bundan sonra Ərsun Yanal çalışdıracaq.

Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. 61 yaşlı mütəxəssis bu postda ötən gün istefa vermiş Françesko Fariolini əvəzləyib.

Xatırladaq ki, Ərsun Yanal son olaraq 2020/2021 mövsümündə “Antalyaspor”da baş məşqçi kimi çalışıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button