Türkiyə klubunda yeni baş məşqçi
Türkiyənin “Kayserispor” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Komanda.az xəbər verir ki, ötən gün rumıniyalı baş məşqçisi Dan Petresku ilə yollarını ayıran Super Liqa təmsilçisini bundan sonra Uğur Kulaksız çalışdıracaq.
Bunu klub prezidenti Berna Gözbaşı açıqlayıb. Onun sözlərinə görə, komandaya mövsümün qalan hissəsində məhz Uğur Kulaksız rəhbərlik edəcək.
Xatırladaq ki, ötən ay Samet Aybabanın istefasından sonra da “Kayserispor”u iki oyuna məhz Uğur Kulaksız çıxarmışdı. Komanda həmin oyunlarda “Dənizlispor”u səfərdə, “Yeni Malatyaspor”u isə evdə 1:0 hesabıyla məğlub etmişdi.
Uğur Kulaksız, Dan Petreskunun təyinatından sonra onun köməkçisi kimi çalışırdı.
Qeyd edək ki, Uğur Kulaksız 2011-2012-ci illər aralığında “Qarabağ”ın futbol akademiyasında da çalışıb.
“Kayserispor” bu mövsüm Super Liqada keçirdiyi 25 oyuna 25 xal toplayıb və 16-cı pillədə qərarlaşıb.
Bizi Facebook-da izləyin