Türkiyə klubunda rumıniyalı baş məşqçi
Türkiyənin “Qazişəhər Qaziantep” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Komanda.az xəbər verir ki, geridə qalan mövsümün yekunlarına görə Super Liqaya vəsiqə qazanan klub, baş məşqçi postuna rumıniyalı Marius Şumudiçanı gətirib. Bu barədə elita təmsilçisinin rəsmi saytı məlumat yayıb.
48 yaşlı məşqçi baş məşqçi postunda komandanı elitaya çıxaran və bir neçə gün öncə klub rəhbərliyinin yeni müqavilə imzlamaq istəmədiyi Mehmet Altıparmakı əvəz edib. Rumıniyalı mütəxəssis bu gün Türkiyəyə gələcək və rəsmi müqaviləyə imza atacaq.
Xatırladaq ki, Şumudiça 2017/18 mövsümündə Türkiyənin “Kayserispor” klubunun da baş məşqçisi olub. Onun sonuncu iş yeri isə Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Şabab” olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin