Türkiyə klubunda iki yeni futbolçu

“Ankaragücü” heyətini yeni oyunçularla gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi Rusiyanın “Pari” klubundan Felisio Milsonu, Bosniya və Herseqovinanın “Sarayevo” komandasından isə Andrey Cokanoviçi transfer edib.

Milson bu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürülüb. 6 aylıq icarə üçün Rusiya klubuna 100 min avro ödəniləcək. Futbolçunun birdəfəlik transferi üçün isə 700 min avro ödənilməlidir.

Cokanoviç isə transfer hüquqlarıyla birgə alınıb. Super Liqa təmsilçisi bunun üçün “Sarayevo”ya 760 min avro ödəyib. Bosniyadan olan 21 yaşlı futbolçu ilə müqavilə 2027-ci ilin 30 iyununa kimi nəzərdə tutulub. “Sarayevo”nun öz yetirməsi olan futbolçu əsas komandada 118 oyuna 3 qol vurub. O, Bosniya və Herseqovinanın əsas millisində 2 oyun keçirib.

Anqoladan olan Milson isə Portuqaliyanın “Maritimo” klubunun yetirməsidir. “Pari”yə 2022-ci ildə keçən 23 yaşlı yarımmüdafiəçi Rusiya təmsilçisində 29 oyuna 2 qol vurub. O, Anqola yığmasında da 2 oyuna çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button