Türkiyə klubunda bir ayrılıq, bir yeni transfer
Türkiyənin “Hatayspor” klubu portuqaliyalı yarımmüdafiəçisi Helder Barbosa ilə yollarını ayırıb.
Komanda.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Xəbərdə 33 yaşlı futbolçu ilə müqaviləyə xitam verildiyi diqqətə çatdırılıb. Barbosaya xidmətlərinə görə təşəkkür edən Türkiyə klubu ona gələcək karyerasında uğurlar arzulayıb.
“Portu”nun yetirməsi olan Barbosa, 2019-cu ildən “Hatayspor”un uğurları üçün çalışırdı. O, daha öncə “Akhisarspor”, AEK (Afina), “Almeriya”, “Braqa”, “Akademika” kimi klublarda da forma geyinib. Təcrübəli futbolçu bundan sonra Yunanıstanın “Panetolikos” klubunun şərəfini qoruyacaq.
“Hatayspor” Barbosanın əvəzində “Altınordu”nun yarımmüdafiəçisi Məhəmməd Merti transfer edib. 25 yaşlı futbolçu ilə 2.5+1 illik müqavilə imzalanıb.
Bizi Facebook-da izləyin