Türkiyə klubunda belçikalı müdafiəçi

Türkiyənin “Kasımpaşa” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi Niderlandın “Fortuna Sittard” klubundan Mikael Tirpanı transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Belçikadan olan 28 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.

Tirpan daha öncə də “Kasımpaşa”da forma geyinib. O, 2020-ci ilin yanvarında “Lokeren”dən Türkiyə klubuna keçmiş və bu komandada 31 oyunda 2 qol vurmuşdu. 2021-ci ilin yanvarında isə sağ cinah müdafiəçisi icarə əsasında “Fortuna Sittard”a üz tutmuşdu. Ötən ilin yayında Niderland klubu onun transfer hüquqlarını da almışdı.

Belçikalı müdafiəçi daha öncə ölkəsində “Dender”, “Seren”, “Eupen” və “Muskron”da da oynayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button