Türkiyə klubunda 8 futbolçu koronavirusa yoluxub
Türkiyənin “Dənizlispor” klubunda koronavirusa kütləvi yoluxma qeydə alınıb.
Komanda.az xəbər verir ki, bu barədə TFF 1-ci liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Xəbərdə klubun kollektivindən götürülmüş sonuncu COVİD-19 testlərindən 15-nin pozitiv çıxdığı diqqətə çatdırılıb. Onlardan səkkizinin futbolçu olduğu bildirilir. Qalanları arasında idarə heyətindən 2, texniki heyətdən 2, tibbi heyətdən isə 3 nəfərin olduğu qeyd edilib. Onların hamısı karantinə alınıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin