Türkiyə klubuna transfer qadağası qoyulub – Azərbaycan millisinin futbolçusuna görə
Türkiyənin “Hatayspor” klubu Azərbaycan millisinin hücumçusu Renat Dadaşova görə transfer qadağası ilə üzləşib.
Komanda.az xəbər verir ki, bu barədə “Ajansspor” nəşri məlumat yayıb.
Super Liqa klubunun “Dadaşov dosyesi”nə görə iki mövsüm yeni oyunçu ala bilməyəcəyi vurğulanıb.
Klub İdman Arbitraj Məhkəməsinə müraciət etsə, veriləcək qərardan asılı olaraq transferlərə yol açılacaq.
Hazırda “Ankaragücü”ndə çıxış edən Renat Dadaşov 2023/2024 mövsümündə Hatay klubunun formasını geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin