Xarici KİV: “Fənərbaxça” Zidanla anlaşıb

Zinəddin Zidan “Fənərbaxça”nın yeni baş məşqçisi ola bilər.

Komanda.az Türkiyənin “Sabah” nəşrinə istinadən xəbər verir ki, 53 yaşlı mütəxəssislə ilkin razılaşma əldə olunub. O, yalnız maaş və digər şərtlərlə bağlı yekun danışıqları başa vurduqdan sonra Türkiyəyə köçəcək.

“Fənərbaxça” yayda komandanı gücləndirsə də, UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Benfika” qarşısında mübarizəni dayandırdıqdan sonra baş məşqçi Joze Mourinyo ilə yollarını ayırıb.

Əvvəlki xəbərlərdə isə Zidanın Fransa millisinin baş məşqçisi Didye Deşamı əvəzləmək istədiyi yazılırdı. Deşam postunu 2026-cı il dünya çempionatı bitdikdən sonra tərk edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button