Türkiyə klubu Sterlinq üçün danışıqlara başlayıb

“Beşiktaş” “Çelsi”nin futbolçusu Rahim Sterlinqi heyətinə qatmaq istəyir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İstanbul klubu artıq 30 yaşlı vingerin transferi ilə bağlı danışıqlara start verib.

Bu yay “Arsenal”dan icarədən qayıdan oyunçu baş məşqçi Enzo Mareskanın planlarında yer almır.

Hazırda ingiltərəli futbolçunun Türkiyəyə köçməyə razı olub-olmayacağı dəqiq bilinmir. Ancaq onun “Çelsi”dən ayrılması böyük ehtimalla, reallaşacaq.

London klubu Sterlinq üçün təxminən 20 milyon funt sterlinq (23 milyon avro) tələb edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button