
Türkiyə klubu Asensio üçün hərəkətə keçib
PSJ-nin yarımmüdafiəçi Marko Asensio yenidən icarəyə göndərilə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, son mövsümün ikinci yarısını “Aston Villa”da keçirən Paris klubunun ispaniyalı futbolçusuna bu dəfə “Fənərbaxça” maraq göstərir.
29 yaşlı futbolçunun transferində əsas maneə yüksək maaşıdır. Onun illik maaşı 13-14 milyon avro təşkil edir. “Fənərbaxça” bu səbəbdən PSJ-dən maaşın bir hissəsini qarşılamağı xahiş edib, ancaq hələlik rəsmi təklif verilməyib.
İstanbul klubunun baş məşqçisi Joze Mourinyo şəxsi olaraq Asensio ilə görüş keçirib.
O, 2024/25 mövsümündə bütün turnirlərdə ümumilikdə 37 oyun keçirib, 10 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



