Türkiyə klubu PSJ-nin futbolçusu ilə danışıqlar aparır
PSJ-nin müdafiəçisi Milan Skrinyar Türkiyə klubuna keçə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Qalatasaray” slovakiyalı futbolçu ilə danışıqlar aparır.
PSJ artıq 29 yaşlı oyunçunu cari mövsümün sonuna qədər icarəyə verməyə hazır olduğunu bildirib. Ancaq tərəflər hələ maaş məsələsində razılığa gəlməlidirlər.
Skrinyar Paris klubunda ildə 11 milyon avro qazanır. Görünür, Türkiyənin top-klubu onun maaşının yalnız bir hissəsini öz üzərinə götürəcək. O, cari mövsümdə Luis Enrikenin komandasında 5 oyuna çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin