“Milan”ın futbolçusu “Trabzonspor”a keçə bilər

“Milan”ın futbolçusu İsmael Bennaser karyerasını başqa klubda davam etdirə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi ilə “Trabzonspor” maraqlanır.

Türkiyədə transfer pəncərəsi hələ də açıqdır, buna görə də əlcəzairli oyunçunun keçidi baş tuta bilər. Hazırda tərəflər arasında danışıqlar davam edir.

Bennaser 2019-cu ildən “Milan”da çıxış edir. O, ötən mövsümün ikinci yarısını icarə əsasında “Marsel”də keçirib. Onun “qırmızı-qaralar”la müqaviləsinin müddəti 2027-ci ilə qədərdir.

“Transfermarkt” portalının qiymətləndirməsinə əsasən, Bennaserin bazar dəyəri 15 milyon avrodur.

“Trabzonspor” ötən mövsüm Türkiyə Super Liqasını turnir cədvəlinin 7-ci pilləsində tamamlamışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button