
Türkiyə klubu “Mançester Yunayted”in qapıçısını transfer etmək istəyir
“Mançester Yunayted”in qapıçısı Andre Onana daimi əsala Türkiyədə qala bilər.
“Trabzonspor” 29 yaşlı qolkiperi sentyabrda icarəyə götürüb.
Komanda.az “Sun Sport”-a istinadən xəbər verir ki, müqavilədə satınalma bəndi nəzərdə tutulmasa da, Türkiyə klubu onunla uzunmüddətli əməkdaşlıqda maraqlıdır.ö
“Trabzonspor” rəhbərliyi artıq Onananın nümayəndələrinə kamerunlu futbolçunu tam transfer etmək niyyətini çatdırıb. O, bu mövsüm Türkiyə klubunun heyətində 4 oyunda meydana çıxıb və 5 top buraxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



