
Türkiyə klubu Ederson üçün ilk rəsmi təklifini göndərib
“Mançester Siti”nin qapıçısı Ederson Moraes karyerasını Türkiyə çempionatında davam etdirə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Qalatasaray” Ederson üçün İngiltərə klubuna ilk rəsmi təklifini göndərib.
Türkiyə klubu 10 milyon avro təklif edib, ancaq “şəhərlilər” daha yüksək məbləğ istəyir. Ederson satılacağı halda, “Mançester Siti” PSJ-dən Canluici Donnarummanı transfer edəcək və o, artıq İngiltərəyə köçməyə hazırdır.
Ederson 2017-ci ildən “şəhərlilər”in formasını geyinir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



