
Türkiyə klubu “İnter”in hücumçusu üçün danışıqlara başlayıb
“İnter”in iranlı hücumçusu Mehdi Taremi Avropanın iki klubunun maraq dairəsinə düşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 32 yaşlı forvardın transferində “Beşiktaş” və “Fulhem” maraqlıdır. Hər iki klub artıq “İnter” rəhbərliyi ilə danışıqlara başlayıb.
Taremi son mövsümdə “İnter”in heyətində 26 oyunda meydana çıxıb, 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun transfer dəyəri hazırda 3,5 milyon avro civarında qiymətləndirilir.
Tareminin “İnter”lə müqaviləsinin müddəti 2027-ci ilin iyununda başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



